Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

 Rayonda Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, uşaq musiqi məktəbi, şəhər mədəniyyət evi, rayon mədəniyyət mərkəzi, 2-si diyarşünaslıq, 1-i folklor, 1-i isə sənətkarliq evi olmaqla 6 kənd mədəniyyət evi, 11 kənd klubu və 32  kitabxana fəaliyyət göstərir. Əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Parkı və Heydər Əliyev Seyrəngahı salınmış, şəhər mədəniyyət və istirahət parkı əsaslı təmir olunmuşdur.

Ağsu rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Rayonda 11-i ölkə və 13-ü isə yerli əhəmiyyətli olmaqla, 24 tarixi mədəniyyət abidəsi vardır. Bu abidələr arxeoloji cəhətdən böyük bir dövrü – eneolit dövründən başlayaraq orta əsrlərin sonunadək olan geniş bir tarixi mərhələni əhatə edir.

Tarixi abidələr

Qırlartəpə eneolit-antik dövr abidələri. Qırlartəpə abidəsi Ağsu rayonunun Qırlar kəndi yaxınlığında yerləşir. Yaşayış yerinin qədim mədəniyyət qalıqları eneolit dövrünə aiddir. E.ə. V-IV minilliklərdə yaşayış yerinin əhalisi əsasən əkinçiliklə məşğul olmuşlar. Qırlartəpə abidəsinin alt mədəni təbəqəsindən eneolit dövrünə aid müxtəlif məişət saxsı qab nümunələri, təsərrüfat küpləri, ocaq qurğuları, taxıl əzmək üçün istifadə olunan daşlar əldə edilmişdir.
1986-cı ildə buradan eramızın I əsrində kəsilmiş gümüş sikkə tapılmışdır. Gümüş dirhəmin bir üzündə Parfıya hakimi III Artabanın şəkli həkk edilmişdir. Digər üzündə isə yunan əlifbası ilə onun adı və başqa yazılar zərb edilmişdir.
Qırlartəpə abidəsi bu ərazidə həyat tərzinin 7 min il bundan əvvəl başlandığını və uzun müddət davam etdiyini göstərir.

Nüydi antik dövr yaşayış yeri və nekropolu. XX əsrin 60-70-ci illərində burada aparılan arxeoloji qazıntılar zəngin mədəni irsin qalıqlarını üzə çıxarmışdır.
Abidə Ağsu rayonunun Nüydi kəndi ərazisindədir. Burada aparılan yerüstü axtanşlar və arxeoloji tədqiqatlar nəticəsındə 10 hektardan artıq geniş sahəyə malik olan qədim yaşayış yeri aşkar edilmişdir.
Buradan taxıl əzmək üçün istifadə olunan daşlar, sadə formalı müəyyən bədii tərtibata malik gil qablar daha çox tapılmışdır. Bu keramika məmulatlarının hazırlanması e.ə. I e.-nın I əsrinə, yəni Roma işğalçılarının yürüşləri dövrünə aiddir. Tədqiqatlar göstərir ki, Roma işğalları ərəfəsində Qafqaz Albaniyasında əsasən metalişləmə sənətkarlığı ön plana keçmiş və hərb işi ilə bağlı silah istehsalı vacib olmuşdur. Odur ki, dulusçuluq sənətində müəyyən tənəzzül özünü göstərir.

Eyni zamanda burada qazıntılar zamanı yaşayış binalarına məxsus çaydaşından hörülmüş bünövrə qalıqları aşkar olunmuşdur.
1972-ci ildə, bu ərazidə tapılmış pul dəfinəsi tariximizin iqtisadi, mədəni problemlərini araşdırmaq üçün çox böyük tapıntıdır. Dəfınə kiçik küpə içərisində 36 ədəd gümüş sikkədən ibarətdir. Sikkələrin bir üzündə sxematik insan başı, digər üzündə isə bir əlində əsa və ya nizə, o biri əlində quş (bəzən də keçi) tutmuş adam təsvir olunmuşdur. Sikkələrin üzərində yazı yoxdur. Bu sikkələr Makedoniyalı İsgəndərin pullarına bənzədilərək zərb edilmiş Alban atlısı sikkələrindən başqa yalnız bir ədəd xarici sikkə vardır. Bu sikkə II Mitridatın (e.ə. 124-88) adına zərb edilmiş Parfıya puludur. Göründüyü kimi bura Qafqaz Albaniyasının antik dövr mədəniyyət ocaqlarmdan biri olmuşdur. Qafqaz Albaniyasının iqtisadi, mədəni həyatında, ticarət əlaqələrində bu yaşayış yeri mühüm rol oynamışdır.

Qaraçıbulaq antik dövr abidələri. 1973-cü ildə Ağsu rayununun Nuran kəndi yaxınlığında, sahəsi 10-12 ha olan antik dövrə aid Qaraçıbulaq yaşayış yeri və qəbiristanlığı aşkar edilmişdir.
Buradan çaydaşından inşa edilmış dördkünc plana malik tikinti qalıqları, dulus kürələri, təsərrüfat küpləri, dən daşları, saxsı qıf, gil qadın heykəlciyi, gil qablar, tunc xəncər, dəmir nizə ucluqları və müxtəlif bəzək əşyaları tapılmışdır.
Qaraçıbulaq abidəsində yaşayış e.ə. XII əsrdən başlamış və eramızın I əsrinə kimi davam etmişdir. Arxeoloji materiallar göstərir ki, Qaraçıbulaq yaşayış yerinin əhalisinin məşğuliyyətində bütün təsərrüfat sahələri, xüsusən sənətkarlıq mühüm yer tutmuşdur.

Uzunboylar antik dövr abidəsi. Abidə Ağsu rayonunun Sanqalan kəndi yaxınlığında yerləşir. Torpaq qəbirlərdə ölülər sağ böyrü üstdə bükülü vəziyyətdə basdırılmışdır. Ətrafına 50-70 saxsı qab, çoxlu dəmir nizə, çin, bıçaq, çapacaq, biz, qıyıq, bəzək əşyaları və s. habelə at, it və quş qoyulmuşdur. Qəbirlərin birindən Qafqaz Albaniyasına məxsus gümüş sikkə də tapılmışdır.

Bəyimli qalası. Ağsu rayonunun Bəyimli kəndi ərazisində erkən orta əsrlər dövrünə aid istehkam tikintilərinin qalıqları vardır. Bu istehkam dördkünc plana malik olmuşdur. Qala divarlarının künc hissələrinin qalınlığı 15 metrə qədərdir. Qalanın ətrafı dərin kanalla əhatələnmişdir. Ehtimal ki, düşmən hücumları zamanı qalanın müdafiəsini daha da möhkəmləndirmək məqsədilə bu kanal su ilə doldurulurmuş.

Ağsu rayonunun ərazisində XIV-XX əsrlərdə tikılmiş tarixi memarlıq abidələri də üstünlük təşkil edir. Bunlara türbələr, qalalar, məscidlər və s. aiddir.


Şeyx Dursun türbəsi. Ağsu şəhərinin şimal-şərqində yerləşən abidənin kitabəsinin bir hissəsi pozulduğu üçün türbənin tarixi ilə bağlı müxtəlif fikirlər yaranmışdır. Ağsu rayonunda nəşr olunan "Birlik" qəzetinin bir çox məqalələrində, Ağsu rayon tarix-diyarşünaslıq muzeyinin materiallarında abidənin tikildiyi tarix 1457-ci il kimi göstərilir.
Abidənin divarları əl ilə kəsilib yonulmuş əhəng daşlarından tikilmiş, binası səkkizüzlü prizma şəklindədir. Binanın üst örtüyü konusvari tağla bağlanmışdır. Tağ əl ilə kəsilmiş daşdan düzəldilmişdir.

Xəzinə dağı qalası. Girdiman çayının sol sahilində, Padar kəndi ərazisində xalq arasında Xəzinə dağı adlanan təpənin üç tərəfi sıldırım qayalarla əhatə olunmuşdur. Təpəyə qalxmaq üçün yeganə yolun üzərində çəkilmış qədim qala divarının qalıqları zəmanəmizədək qalır. Qala istehkamının görünən hissəsinin uzunluğu 7 metr, eni isə 4 metrdir.

Şeyx Əmir Əhməd türbəsi. Ağsu rayonuMustafalı kəndinin ərazisində yerləşən, ətraf ərazilərin ziyarətgah yerinə çevrilən Şeyx Əmir Əhməd türbəsi 1722-ci ildə inşa olunmuşdur. Bu tarixi memarhq abidəsi əl üsulu ilə kəsilib yonulmuş əhəng daşlrından hörülmüşdür. Abidə səkkizüzlü prizma şəklindədir və fasad hissənin divarbirləşmələrində oyma üsulla naxışlar həkk edilmişdir.

Pir Bəxtiyar türbəsi. Ağsu rayonunun maraqlı memarhq abidələrindən biri də tarixən mövcud olmuş Cavanşır kəndi ərazisində yerləşən Pir Bəxtiyar türbəsidir.
Pir Bəxtiyar türbəsinin tikilmə dövrü ətrafdakı qəbir abidələri əsasında təxminən müəyyənləşdirilmişdir. Abidənin cənub-qərb tərəfindəki qəbirlər nisbətən qədimdir. Üzərində tarixi oxunan qəbirlər 1784, 1797, 1805 və s. illərə aiddır. Buna əsaslanaraq demək əlar ki, Pir Bəxtiyar türbəsi təxminən XVIII əsrin sonu XIX əsrin əvvəllərində inşa edilmişdir.

Həzrə piri Pir Bəxtiyar türbəsi ilə eyni dövrə aid olan abidədir. Əsrlər keçdikcə bu türbə dağıntılara məruz qalmışdır. Həzrə piri Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yerləşir.
Bura dördkünc memarlıq planında tikilmişdir. Türbənin fasad hissəsində, qapısı üzərində daş kitabə olmuşdur. Dağıntı nəticəsində kitabə parçalanmışdır və hissələri hazırda türbənin daşları arasmda qalmaqdadır.

Şıxməzid türbəsi Ağsu şəhərinin qərb hissəsində, Ağsuçayın sağ sahilində vaxtilə mövcud olmuş Şıxməzid kəndi ərazisində yerləşmişdir. Kəndin adı isə tayfa başçısı Şeyx Məcidlə bağlıdır.
Şeyx Məcidin qəbri üzərində Şeyx Dursun türbəsi üslubunda məqbərə tikilmişdir. Bu türbə müqəddəs yer və ziyarətgah kimi tanınmışdır. XX əsrin 30-cu illərində türbə islam dininə qarşı mübarizə ilə əlaqədar dağıdılmışdır.

Bilal Əfəndi məscidi Ağsu rayonunun Padar və Külüllü kəndləri ərazisində yerləşir. Məscidin binası düzbucaqlı formada olub, 3 otaqdan ibarətdir. Vaxtilə məscidin minbəri olmuş, sovet hakimiyyəti illərində uçurdulmuş, sonralar yenidən bərpa edilmişdir. Məscidin üzərindəki tarixdən məlum olur ki, bina hicri 1305-ci ildə (1889) inşa olunmuşdur.

Qırmızı günbəz və Ağ günbəz. Hər ikitarixi memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir.
Qırmızı günbəzin tarixi daha qədimdir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa olunmuşdur.
Ağ günbəzindivarları əl üsultı ilə kəsilib yonulmuş və cilalanmış ağ əhəng daşlardan səkkizüzlü planda tikilmişdir. Abidənin bir giriş qapısı və üç pəncərəsi vardır. Giriş qapısının üstündə ərəb əlifbası ilə yazılmış kitabə yerləşir. Abidə hicri 1327-ci ildə (1909) tikilmişdir.

Keçidlər