İnfrastruktur
İnfrastruktur
- Elektrik enerjisi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərmivəsində son illər Ağsu şəhərinin və Çiyni kəndinin elektrik təsərrüfatı tamamilə yenidən qurulmuşdur. bununla yanaşı, 78 kənd yaşayış məntəqəsində əhali elektrik enerjisi ilə dayanıqlı təmin olunmur:
- Qazlaşdırma Rayon mərkəzi də daxil olmaqla, 47 yaşayış məntəqəsi (58,8 %) qazlaşdırılmışdır;
- Su təchizatı Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan ayrılnış 3,7 milyon manat vəsait hesabına rayonun dağlıq ərazisindəki mənbələrdən Ağsu şəhərinə 25 km uzunluğunda içməli su kəməri çəkilmiş və digər zəruri tədbirlər görülmüşdür. Hazırda Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması işləri davam etdirilir. İçməli su təminatının yaxşılaşdırılması məqsədii lə Kəndoba və Ağabəyli kəndlərində modul tipli sutəmizləyici qurğular quraşdılmış, 2015-ci ildə Rəhimli, Cəlayir və Pirhəsənli kəndlərində belə qurğuların inşasına başlanılmışdır;
- Nəqliyyat infrastrukturu (yollar və körpülər) Son illərdə uzunluğu 25,6 km olan Ağsu-Çaparlı-Bağırlı avtomobil yolu, Ağsi-Kürdəmir avtomobil yolunun Ağsu rayonu ərazisindəki 18 km hissəsi əsaslı təmir olunmuş, 2 yeni körpü inşa olunmuş və 2 körpü əsaslı təmir edilmişdir. " Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı"na dair Dövlət Proqramında rayon mərkəzini 8 kəndlə birləşdirən və uzunluğu 22 km olan Ağsu-Cəlayir avtomobil yolunun yenidən qurulması nəzərdə tutulmuşdur.