Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü fəaliyyət

 Ağsu rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətini rayonda genişləndirir.
   Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur. Bu məqsədilə Ağsu rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə rayonda gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır.
   Könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.
  Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətinə qoşulur, müxtəlif sosial bacarıqları və əmək vərdişləri aşılayan təlimlərdə iştirak edir. 
   Ağsu rayon İcra Hakimiyyəti tərəfindən könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-29 yaş arası gənclər müraciət edə bilər.
  Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
Namizədlər üçün tələblər:
• İntizamlılıq;
• Xoşrəftarlılıq;
• Ünsiyyətcillik;
• Operativlik;
• Kollektivdə işləmək bacarığı;
• Təşkilatçılıq;
• Təşəbbüskarlıq;
• Kompüter bacarığı;

 

 Necə müraciət etməli?

  Könüllülər sırasına qoşulmaq istəyən gənclər öz CV-ni (tərcumeyi-hal) kenan_tadjizade@mail.ru e-poçtuna göndərə bilər və ya Ağsu rayon İcra Hakimiyyətinə (ünvan: N.Tağızadə küçəsi, 5a) öz sənədlərini təqdim edə bilər. Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaqdır.  

 

Keçidlər