İcra Hakimiyyəti
Fəaliyyət
Ağsu rayon icra hakimiyyəti öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qurur.
Ağsu rayon icra hakimiyyətinin başçısı, müvafiq inzibati ərazi vahidində onun fəaliyyətini təmin etmək məqsədilə yaradılan aparat, sahə inzibati ərazi dairələri və mərkəzi icra hakimiyyəti orqanlarının və onların yanında dövlət xidmətlərinin və dövlət agentliklərinin rayon qurumları, habelə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (bundan sonra “Əsasnamə” adlandırılacaq) ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları yerli icra hakimiyyəti sisteminə daxildir və müvafiq ərazidə dövlət idarəçiliyini həyata keçirirlər. ”Əsasnamə” ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları ikili tabelikdədir - onlar həm müvafiq mərkəzi icra hakimiyyəti orqanına, həm də yerli icra hakimiyyətinin başçısına tabedirlər. Ağsu rayon icra hakimiyyətinin başçısı müvafiq ərazidə fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumlarına ümumi rəhbərliyi həyata keçirir.
Ağsu rayon icra hakimiyyəti:
• müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsini və həyata keçirilməsini, mülkiyyətin və ictimai asayişin qorunmasını, “Əsasnamə” ilə müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurumları və digər dövlət qurumları ilə, habelə bələdiyyələrlə, qeyri-hökumət təşkilatları ilə və digər təşkilatlarla yerli icra hakimiyyətinin qarşılıqlı fəaliyyətini təmin edir;
• Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifələri yerinə yetirir;
• dövlət proqramları və konsepsiyalarının, Azərbaycan Respublikası Prezidenti Administrasiyasnın təsdiq etdiyi tədbirlər planlarında müəyyənləşdirilmiş tədbirlərin müvafiq ərazidə icrasını təmin edir;
• müvafiq ərazidə arxiv işi üzrə dövlət idarəetməsini həyata keçirir, rayon icra hakimiyyəti başçısı aparatında, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində arxiv işini təşkil edir, o cümlədən sənədlərin saxlanmasını, qorunmasını, müəyyən olunmuş müddətlərdə nomenklatura uyğun seçilərək Dövlət Arxivinə təhvil verilməsini təmin edir;
• rayon icra hakimiyyəti başçısının aparatında, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulunu, onların ərizə, təklif və şikayətlərinə “ Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətlərdə baxılmasını və onlara cavab verilməsini təmin edir;
• rayon icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərlə bağlı idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulunu təşkil edir;
• rayon icra hakimiyyəti orqanının fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, yerli icra hakimiyyətinin internet saytının yaradılmasını, malik olduğu və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın yeniləşdirilməsini təmin edir, ilin yekunları ilə bağlı rayon icra hakimiyyətinin fəaliyyətinə dair hesabat dərc etdirir, öz fəaliyyətində ictimai rəyi nəzərə alır.
Ağsu rayon icra hakimiyyəti ərazinin sosial-iqtisadi inkşafı, əhalinin sosial müdafiəsi və gender bərabərliyi, insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, əmək münasibətləri, əməyin mühafizəsi və əhalinin məşğulluğu, mənzil-kommunal təsərrüfatı və abadlaşdırma, ətraf mühitdən istifadə, təmir-tikinti, memarlıq və şəhərsalma, təhsil və mədəniyyət, uşaqlar və gənclər siyasəti, bədən tərbiyəsi, idmanın inkşafı, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət, qanunçuluq, asayişin qorunması, təhlükəsizlik və mülki müdafiə, dövlət əmlakının idarə edilməsi sahələrində bir sıra vəzifələri və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər vəzifələri icra edir.
Ağsu rayon icra hakimiyyəti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”ni rəhbər tutur.
Açılmış iş yerləri 2017-ci il
C ə m i | 1850 |
Daimi | 1850 |
Yeni yaradılmış müəssisə və təşkilatlarda | 16 |
Mövcud müəssisə və təşkilatlarda | 233 |
Fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda | 0 |
Fiziki şəxslərdə | 1601 |
Digər tədbirlər üzrə ( beynəlxalq və yerli layihələr, abadlıq və sair ) | 0 |
Əmək ehtiyatları və əhalinin məşğulluğu
Məşğulluq Mərkəzində rəsmi işsiz statusu alanların sayı | 147 |
İşsizliyə görə müavinət alanlar | 15 |
Qeydə alınmış işçi qüvvəsinin peşə ( ixtisas ) tərkibi: | |
Həkim | 1 |
Müəllim | 0 |
Mühəndis | 0 |
İqtisadçı | 23 |
Aqronom | 17 |
Hüquqşünas | 2 |
Çilingər | 0 |
Digər ixtisaslar | 104 |
Məşğul olan əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsü: | |
Sənayedə | 1072 |
Kənd təsərrüfatında | 224 |
Tikintidə | 227 |
Nəqliyyat və anbar | 50 |
Təhsil, mədəniyyət və incəsənətdə | 2242 |
İnformasiya və rabitə | 59 |
Səhiyyədə və sosial xidmətlərin göstərilməsi | 585 |
Ticarətdə və nəqliyyar vasitələrinin təmiri | 1413 |
Kreditləşmə, maliyyə və sığortada | 45 |
İdarəetmə və müdafiə; sosial təminat | 553 |
Digər sahələrdə | 13 |
Tikinti
2009-cu ildə:
Ağsu rayonunda geniş miqyaslı tikinti-quruculuq işləri aparılmışdır. Yeni sosial, mədəni-məişət obyektləri, inzibati idarə binaları tikilib istifadəyə verilmiş, bir çoxları yenidən qurulmuş və ya bərpa olunmuşdur.
Heydər Parkının ərazisi genişləndirilərək. 2,5 hektara çatdırılmış və yenidənqurma işləri aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin tuncdan hazırlanmış hündürlüyü 7 metr olan abidəsi ucaldılmışdır. Parkda 5 fəvvarə quraşdırılmış, 100 yerlik yay konsert meydançası tikilmiş, Hollandiya, İtaliya və İrandan gətirilmiş ağaclar və dekorativ gül kolları əkilmiş, yeni piyada yolları çəkilmiş və 6440 kvadrat metr sahədə yeni yaşıllıq salınmışdır.
Heydər Parkının ərazisində 2008-ci ildən tikintisinə başlanan ümumi sahəsi 302 kvadrat metr olan 2 mərtəbəli Heydər Əliyev Mərkəzinin binasının inşası başa çatdırılmışdır. Mərkəzdə ulu öndərin zəngin irsinin gənc nəslə çatdırılması üçün hər cür texniki imkan yaradılmışdır.
"Ağsu aşırımı"nın qurtaracağında 5,1 hektar ərazisi olan Heydər Əliyev seyrəngahında tikinti işləri başa çatdırılmış və seyrəngah əhalinin istifadəsinə verilmişdir. Burada 1700 p/metr istinad divarları tikilmiş və qranit, gülbax daşları ilə üzlənmişdir. Səkilərə 1900 kvadrat metr dekorativ tomet döşənmişdir. Ərazidə 5000 kvadrat metr sahədə yaşıllıq salınmış, ətrafda 3000 ədəd həmişəyaşıl ağaclar əkilmiş, istiratət guşələri yaradılmışdır.
Bak-Şamaxı-Yevlax magistralının şimal hissəsində Ağsu şəhərinin ərazisində "Qəhrəmanlar Parkı"nın müasir memarlıq üslubunda inşa olunmuş tikintisində hazırlıq-tamamlama işləri başa çatdırılmış, ərazidə 1325 kvadrat metr meydança salınmış, 4862 kvadrat metr yaşıllıq salınmış, 3000 ədəd həmişəyaşıl ağac əkilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının Aparatı üçün ümumi tikinti sahəsi 660 kvadrat metr, yardımçı tikililərinin sahəsi isə 264 kvadrat metr olan 3 mərtəbəli inzibati binada tikinti-quraşdırma işləri yüksək səviyyədə yerinə yetirilmiş və bina istifadəyə verilmişdir. Bütün iş otaqları yeni inventar və avadanlıqlarla təchiz olunmuş, ətraf ərazidə 4476 kvadrat metr yaşıllıq salınmış, bəzək kolları əkilmiş, fəvvarə tikilmiş, istirahət köşkləri quraşdırılmış və müasir yol çəkilmişdir.
Rayonlararası İmtahan-Qeydiyyat Bölməsi, Su-Kanal idarəsi, "AzərDəmiryol-bank"ın rayon şöbəsi, Fövqəladə Hallar Nazirliyinin yerli orqanları üçün inzibati binalar tikilmiş, "AzGranata" MMC-nin Cənubi Qafqaz regionunda analoqu ollmayan şirələr və şərab emalı zavodunun tikintisində işlər davam etdirilmişdir. Telekommunikasiya Qovşağının, Azərpoçt DM rayon filialınln, "Kapitalbank"ın rayon filialının, Statistika idarəsinin, YAP rayon təşkilatının və rayon Suvarma Sistemləri idarəsinin, Tarix-Diyarşünaslıq Muzeyinin inzibati binalarında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Ağsu şəhərinin Heydər Əliyev, Azərbaycan, Ü.Hacıbəyov , Nizami, M.Ə.Rəsul-zadə və Vidadi küçələrində, Bakı-Şamaxı-Yevlax və Ağsu-Kürdəmir magistral yollarının Ağsu şəhərinin ərazisindən keçən hissəsində avtomobillərin hərəkət zolağı və piyada səkiləri yenidən qurularaq 103,3 min kvadrat metr asfalt, 6,8 min kvadrat metr tomet döşənmiş, yaşıllıq sahələri salınmış və müasir işıqlandırma sistemi yaradılmışdır. Ağsu şəhərinin ərazisində 85 ictimai, fərdi və özəl binanın ümumi sahəsi 12,5 min kvadrat metr olan dam örtüyü metal örtüklə əvəz olunmuş, yol kənarlarındakı binaların və mənzillərin ümumilikdə 14,4 min kvadrat metr fasad hissəsi boya ilə rənglənmiş, 1116 p/metr uzunluğunda metal hasar çəkilmiş, 8 yerdə müasir tipli sərnişin dayanacaqları quraşdırılmışdır. Ağsu çayında sahilbərkitmə işləri davam etdirilmiş, 1480 kub metr daş beton bəndlər çəkilmişdir.
2010-cu ildə:
29 oktyabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən təməli qoyulan Uşaq Gənclər Bədii Yaradıcılıq Məktəbinin 400 kvadrat metr tikinti sahəsi olan binasında, 4,3 hektar sahədə Ağsu şəhər stadionunun tikintisində inşaat işlər sürətlə davam edir və hər iki obyekt 2010-cu ildə istifadəyə veriləcəkdir.
Cari ildə Qaraqoyunlu və Kalva kəndlərində 220 şagird yerlik orta məktəb binalarında tikinti və hazırlıq-tamamlama işləri başa çatdırılacaq və təhvil veriləcəkdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2009-cu il tarixli 603 saylı sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinə ayrılmış 3,7 milyon manat vəsait hesabına əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun dağlıq ərazidəki mənbələrdən 25 kilometr uzunluğunda içməli su kəməri çəkiləcəkdir.
Dövlət vəsaiti hesabına rayonun kəndlərində modul tipli sutəmizləyici qurğular tikilib istifadəyə veriləcəkdir.
Ağsu şəhərində istehsal gücü sutkada 30 ton olan Un dəyirmanı, yeni Çörək sexi, Padar kəndinin ərazisində müasir Qum-çınqıl karxanasının, digər sənaye, ticarət, məişət obyektlərinin inşası başa çatdırılacaqdır.