Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidləri

Soyad: Məlikov
       Ad: Rauf
       Ata adı: Mahir
       Doğum tarixi: 14.12.1988
       Şəhid olub: 28.09.2020
       Rütbə: MAHHXHQ əsgər

Şəhid Məlikov Rauf Mahir oğlu 1988-ci ildə Ağsu şəhərində anadan olub. Döyüşlər başlayanda, sentyabrın 28-də Vətən uğrunda gedən döyüşlər zamanı Talış yüksəkliyində qəhrəmancasına şəhid olub. Vətənə əmanət 5 yaşında bir qızı Zəhra var idi. Digər qızı Gülcan da, şəhid olduqdan 27 gün sonra dünyaya göz açdı. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Suqovuşanın azad olunması" medalları ilə təltif edilib.
 

 

 

 

Soyad: Xəlilov
       Ad: Ceyhun
       Ata adı: Azər
       Doğum tarixi: 22.09.2001
       Şəhid olub: 28.09.2020
       Rütbə: kiçik çavuş

Xəlilov Ceyhun Azər oğlu 22.09.2001-ci il tarixdə Ağsu rayonu Padarqışlaq kəndində anadan olub. 28.09.2020-ci il tarixdə Tərtərin Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə həlak olub. O, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

Soyad: Qurbanov
       Ad: Qamət
       Ata adı: Şəmşir
       Doğum tarixi: 25.07.2001
       Şəhid olub: 29.09.2020
       Rütbə: əsgər

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Qamət Qurbanov Şəmşir oğludur. Qamət 25 iyul 2001-ci ildə Ağsu rayonunun Keçdiməz kəndində anadan olub. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 29 sentyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

 

Soyad: Əlifov
       Ad: Rüfət
       Ata adı: Seyhun
       Doğum tarixi: 01.01.2001
       Şəhid olub: 28.09.2020
       Rütbə: Əsgər

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rüfət Əlifovdur. Əlifov Rüfət Sehun oğlu 1 yanvar 2001-ci ildə Ağsu rayonunun Ərəbsarvan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Rüfət Əlifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonun Koroğlu dağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 28.09.2020-ci ildə Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Rüfət Əlifov ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

Soyad: Ələsgərov
       Ad: Niyaməddin
       Ata adı: Süleyman
       Doğum tarixi: 13.04.1989
       Şəhid olub: 04.10.2020
       Rütbə: əsgər

Ələsgərov Niyaməddin Süleyman oğlu 1989-cu il aprelin 13-də Ağsu rayonunun Axundlu kəndində anadan olub. 2020-ci il oktyabrın 3-ü Göygöl rayonu, Toğana kəndi istiqamətində gedən döyüşlərdə hərbi əməliyyatlar zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən, Niyaməddin Ələsgərov ölümündən sonra “Hərbi xidmətlərə görə”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə " medalları ilə təltif edilib. 

 

 

 

 

Soyad: Səmədov
       Ad: Hüseyn
       Ata adı: Müşviq
       Doğum tarixi: 30.08.1997
       Şəhid olub: 08.10.2020
       Rütbə: Əsgər

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Səmədov Hüseyn Müşviq oğludur. 1997-ci ilin avqust ayının 30-da Ağsu şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib. 08.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Hüseyn Səmədov ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

Soyad: Alxaslı
       Ad: Rəvan
       Ata adı: Cəmil
       Doğum tarixi: 01.01.1996
       Şəhid olub: 06.10.2020
       Rütbə: Əsgər

Rəvan Alxaslı 1 yanvar 1996-cı ildə Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. Orta təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində, 2016-cı ilin 1-5 aprel tarixlərində Aprel döyüşlərində iştirak edib. Hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirib. 2020-ci ilin iyul ayında səfərbər olunan Rəvan Alxaslı 21 sentyabr tarixindən hərbi təlim toplantılarına çağırılıb. Azərbaycan Ordusunun əsgəri kimi Vətən Müharibəsinin bir çox hərbi əməliyyat və döyüşlərində iştirak edib. 6 oktyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəvan Alxaslı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Rəvan Alxaslı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

 

Soyad: Cəfərov
       Ad: Sübhan
       Ata adı: Mehman
       Doğum tarixi: 10.06.1999
       Şəhid olub: 10.10.2020
       Rütbə: əsgər

Sübhan Mehman oğlu Cəfərov 1999-cu ildə Ağsu şəhərində anadan olub. 2017-ci ildə həqiqi hərbi xidmətə gedib və xidmətini başa vurduqdan sonra ailəsinin yanına qayıdıb. Subay idi. Sentyabrın 27-də Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı əks-hücum əməliyyatı başlayanda minlərlə gənc kimi, o da hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə getmək istədiyini bildirdi. Döyüşlərin ikinci günü ön cəbhədə erməni işğalçılarına qarşı savaşa atıldı. Vətəni sevən bir gənc kimi igidliklə vuruşdu, torpaqlarımıza xaincəsinə soxulan düşmənin xeyli canlı qüvvəsini məhv etdi. Oktyabrın 10-da isə Talış kəndinin azad edilməsi uğrunda gedən hərbi əməliyyat zamanı qəhrəmancasına döyüşərək şəhid oldu. Şəhid Sübhan Cəfərov Ağsu şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

 

 

 

 

Soyad: Qubatov
       Ad: Zülfüqar
       Ata adı: İsmi
       Doğum tarixi: 25.09.1975
       Şəhid olub: 13.10.2020
       Rütbə: kapitan

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Zülfüqar İsmi oğlu Qubatov 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub. Zülfüqar Qubatov 1982-1992-ci illərdə Dilman кənd tam orta məкtəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məкtəbinə (BABKM) ali hərbi təhsil alıb. O, 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb. Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubatov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubatov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Dilman kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubatov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubatov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zülfüqar Qubatov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

 

 

 

 

Soyad: Hüseynov
       Ad: Əzizağa
       Ata adı: Nizami
       Doğum tarixi: 01.02.1999
       Şəhid olub: 16.10.2020
       Rütbə: Əsgər

Hüseynov Əzizağa Nizami oğlu 1 fevral 1999-cu ildə Ağsu rayonunun Bozavand kəndində dünyaya gəlib. Ailənin tək övladı olan Əzizağa 2005-ci ildə Ağsu rayon Natiq Mirzəliyev adına Ağarx kənd tam orta məktəbinin birinci sinfinə gedib. 2016-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 2017-ci ildə Vətənə olan borcunu yerinə yetirmək üçün Şəmkir şəhərinə həqiqi hərbi xidmətə yollanıb. 2018-ci ildə hərbi xidmətini başa vurub evinə gəlib. Xidmətdən gəldiyi vaxtdan İkinci Qarabağ döyüşlərinə könüllü getdiyi günə qədər ailənin yükünü çiyinlərində tək daşıyıb. İgidimizin arzularından biri də validenlərini Kərbala ziyarətinə göndərmək idi. Amma çox heyif ki, arzusuna çata bilmir. 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün könüllü yollandığı Vətən müharibəsindən şəhid kimi qayıdır. Hüseynovlar ailəsinin bircə övladı Əzizağa Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, Ağdərə istiqamətində gedən döyüşdə 16 oktyabr 2020-ci ildə aldığı qəlpə yarasından qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Hüseynov Əzizağa Nizami oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qulluqçusu Hüseynov Əzizağa Nizami oğlu ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Soyad: İbişov
       Ad: Vüsal
       Ata adı: Əli
       Doğum tarixi: 19.06.1999
       Şəhid olub: 16.10.2020
       Rütbə: əsgər

Şəhid İbişov Vüsal Əli oğlu 19 iyun 1999-cu ildə Ağsu rayonunun Gəgəli kəndində dünyaya gəlib. 21 sentyabr 2020-ci ildə hərbi xidmətə çağırılıb. Talış Suqovuşan bölgəsində döyüşüb. 16 oktyabr 2020-ci ildə müharibənin qızğın dövründə Talış Suqovuşan istiqamətində şəhid olub. Döyüşlər başlanandan sonra könüllü olaraq cəbhəyə yollanan Vüsal İbişov bununla bağlı ailəsinə də xəbər vermir. Amma bir gün anasına zəng edərək ondan halallıq alır və sonra şəhid olur. İbişov Vüsal Əli oğlu Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

 

 

 

Soyad: Nəcəfov
       Ad: Fərid
       Ata adı: Fərman
       Doğum tarixi: 11.05.2001
       Şəhid olub: 10.10.2020
       Rütbə: əsgər

Şəhid Nəcəfov Fərid Fərman oğlu 11.05.2001-ci ildə Ağsu rayonunda dünyaya gəlib. Goranboy rayonu, Gülüstan kəndi istiqamətində döyüşüb. 10.10.2020-ci ildə Goranboy rayonu, Gülüstan kəndi istiqamətində şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Nəcəfov Fərid Fərman oğlu "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

 

 

 

 

Soyad: Müslümov
       Ad: Elşən
       Ata adı: Habil
       Doğum tarixi: 02.09.1995
       Şəhid olub: 13.10.2020
       Rütbə: əsgər

Şəhid çavuş Müslümov Elşən Habil oğlu 1995 ci il sentyabrın 2-də Ağsu rayonunun Kalva kəndində anadan olmuşdur. 27 sentyabrda könüllü olaraq döyüşə getmiş, 13 oktyabrda Suqovuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Müslümov Elşən Habil oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunması" medalları ilə təltif olunmuşdur. Şəhidimizin vətənə əmanət 1 qızı var.

 

 

 

Soyad: Zülfüqarov
       Ad: İlkin
       Ata adı: Nurəddin
       Doğum tarixi: 08.08.1989
       Şəhid olub: 08.10.2020
       Rütbə: Kiçik gizir

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də İlkin Zülfüqarovdur. İlkin Nurəddin oğlu Zülfüqarov 1989-cu il avqustun 8-də Ağsu rayonunun Gursulu kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan İlkin Zülfüqarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İlkin Zülfüqarov 08.10.2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İlkin Zülfüqarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

Soyad: Süleymanlı
       Ad: Elmir
       Ata adı: Aqil
       Doğum tarixi: 11.05.2001
       Şəhid olub: 21.10.2020
       Rütbə: Əsgər

Vətən müharibəsi zamanı Ağsu rayon Gəgəli kəndinin bir neçə qəhrəman övladı şəhidlik zirvəsinə ucalıb. Həmin igid övladlarımız böyük izdihamla, kənd qəbiristanlığında dəfn olunublar. And yerinə çevrilən şəhidlərimizin məzarları bu gün xalqımız tərəfindən ziyarət olunur və onlar böyük ehtiramla yad edilirlər. Vətəni üçün canından keçən Gəgəli qəhrəmanlarımızdan biri də 19 yaşlı gənc şəhidimiz əsgər Elmir Süleymanlıdır. Bir il dörd ay hərbi xidmətdə olan Elmir Süleymanlı İkinci Qarabağ müharibəsi zamanı döyüşlərə aktiv şəkildə qatılaraq şücaət göstərib. Elmir düşmənə sarsıdıcı zərbələr endirərək Vətən torpağını işğalçılardan xilas etmək üçün son nəfəsinə qədər vuruşub. Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsə də, onu görmək Elmirə nəsib olmayıb. Şəhid atası Aqil Süleymanlı oğlunun qəhrəmanlığından qürur duyduğunu deyib. Elmir Süleymanlı sonuncu dəfə atası ilə telefonla danışaraq halallıq istəyib. Və bu, onun ailəsinə sonuncu zəngi olub. Oktyabrın 21-də qəhrəmanımız şəhadət zirvəsinə ucalıb. O, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin  azad olunmasına görə”  medalları ilə təltif olunub.

 

 

 

Soyad: Mirzəyev
       Ad: İbad
       Ata adı: Mənsur
       Doğum tarixi: 25.04.1999
       Şəhid olub: 20.10.2020
       Rütbə: Əsgər

Vətən müharibəsində canından keçən qəhrəman oğullarımızdan biri də şəhid Mirzəyev İbad Mənsur oğludur. Mirzəyev İbad Mənsur oğlu 25.04.1999-cu ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. İbad hələ uşaq yaşlarında qəlbindəki Vətən sevgisi ilə yaxınlarının məhəbbətini qazanıb. İbad Mirzəyev orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. 2019-cu ildə hərbi xidmətini Murovdağ kimi çətin dağlıq relyefi olan ərazidə şərəflə başa vurur. O, yenidən ordu sıralarına qayıdaraq, xidmətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmək istəyir. Sentyabrın 27-də müharibə başlayanda İbad da könüllü olaraq ön cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətlərində gedən ağır döyüşlərdə fədakarlığı ilə seçilib, düşmənin xeyli sayda canlı qüvvəsi və texnikasının məhv edilməsində qəhrəmanlıqlar göstərib. Cəbhə yoldaşları İbadın 20-dək düşmən əsgərini məhv etdiyini bildirirlər. Cəsur döyüşçümüz valideynlərinə yazdığı məkublarından birində torpaqlarımızı tezliklə işğaldan azad edərək, geri qayıdacağını bildirmişdi. İbadın ailə üzvləri ilə son telefon danışığı oktyabrın 19-da olur. O, cəbhənin ən ağır yerində döyüşməsinə baxmayaraq, hər şeyin yaxşı olduğunu və tezliklə evə qələbə ilə dönəcəyini deyib. Lakin, 20 oktyabr 2020-ci ildə Füzulinin işğaldan azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı düşmən snayperinin gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. İbad Mirzəyev oktyabrın 21-də Ağsunun Kəndoba kənd qəbiristanlığında torpağa tapşırılıb. Cəsur döyüşçümüz göstərdiyi igidliyə görə “Vətən Uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 

Soyad: Quluzadə
       Ad: Kamran
       Ata adı: Pərviz
       Doğum tarixi: 14.08.1998
       Şəhid olub: 21.10.2020
       Rütbə: leytenant

Kamran Quluzadə 1998-ci il avqustun 14-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Kamran Quluzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib. Azərbaycan Ordusunun leytenantı olan Kamran Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamran Quluzadə oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Gəgəli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Prezident cənab İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Kamran Quluzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

 

Soyad: Hümbətov
       Ad: İlqar
       Ata adı: Vüqar
       Doğum tarixi: 13.06.1996
       Şəhid olub: 11.10.2020
       Rütbə: əsgər

İlqar Hümbətov 1996-cı il iyunun 13-ü Bakıda doğulmuşdur. Bakı şəhəri 116 №-li tam orta məktəbdə təhsil almışdır. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Ordusunun əsgəri olan İlqar Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi çərçivəsində Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. 11 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Əsgər Hümbətov İlqar Vüqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli 2349 nömrəli Sərəncamı ilə "Vətən uğrunda" medalı və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2368 nömrəli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Soyad: Cavadzadə
       Ad: Şaiq
       Ata adı: Faiq
       Doğum tarixi: 28.11.1991
       Şəhid olub: 27.10.2020
       Rütbə: Əsgər

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Şaiq Cavadzadədir. Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Ağsu rayonunda anadan olub. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına Ülgüc kənd tam orta məktəbində başladığı təhsilini 2013-ci ildə tamamlayıb. 2014-cü ildə hərbi xidmətini başa vurub. Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şaiq Cavadzadə 27 oktyabrda Füzuli rayonu Gecəgözlü kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən həlak olub. Ağsu şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Şaiq Cavadzadə ölümündən sonra "Vətən uğrunda" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

 

 

 

Soyad: Musayev
       Ad: Elşən
       Ata adı: Hüseyn
       Doğum tarixi: 21.06.1988
       Şəhid olub: 30.10.2020
       Rütbə: Kiçik çavuş

44 günlük Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimiz adlarını ən yeni tariximizə qızıl hərflərlə yazdılar. Onların sırasında Elşən Musayev də var. Elşən Hüseyn oğlu Musayev 21 iyun 1988-ci ildə Ağsu şəhərində anadan olmuşdur. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Ağsu rayonunda keçmişdir. 1995-ci ildə Ağsu rayon 3 saylı məktəbinin 1-ci sinifinə daxil olmuş və 2006-cı ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra bir müddət mühafizə xidmətində çalışmışdır. Elşən 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılır və Murovdağda yerləşən "Koroğlu" yüksəkliyində xidmət etmişdir. 2008-ci ildə xidmətini başa vurub evinə qayıdır. 2012-ci ildə ailə həyatı quraraq Bakı şəhərinə köçmüşdür. 2016-cı ildə könüllü olaraq yenidən hərbi xidmətə getmiş və MAHHXHQ kimi işləməyə başlayır. 27 sentyabr 2020-ci il tarixində başlayan II Qarabağ müharibəsində kiçik çavuş Elşən Musayev Cəbrayıl uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmiş və düşmənin 14 postunu məhv etmişdir. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən qəhrəman Elşən 30 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsinə gətirilir və orada torpağa tapşırılır. Şəhidimiz ailəli idi, 3 azyaşlı övladı-Ayşən, Hüseyn və Dəryanur adlı övladlarını xalqımıza əmanət qoydu. Prezident cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncamlara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş şəhid Elşən Hüseyn oğlu Musayev ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.  

 

 

 

Soyad: Vahabov
       Ad: Yadigar
       Ata adı: Mahir
       Doğum tarixi: 16.08.1996
       Şəhid olub: 31.10.2020
       Rütbə: əsgər

Qanları torpağa qarışıb, canları ilə vətəni qoruyanlar... Onlardan biri də Vahabovlar ailəsinin qəhrəman övladı Yadigar Vahabovdur. Yadigar Vahabov 16 avqust 1996-cı ildə Ağsu rayonunun Xatman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yadigar Vahabov oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız doğulduğu Ağsu rayonunda dəfn olunub. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə "Cəsur döyüşçü", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

 

 

 

Soyad: Dadaşzadə
       Ad: Hüseyin
       Ata adı: Zülfüqar
       Doğum tarixi: 27.05.1996
       Şəhid olub: 05.11.2020
       Rütbə: əsgər

Hüseyin Dadaşzadə 27 may 1996-cı ildə Ağsu rayonunun Kəndoba kəndində anadan olub. Ağsu şəhər A.Nadirov adına 1 saylı məktəb-liseyi bitirdikdən sonra 2015-ci ildə hərbi xidmətə gedib. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Vətən müharibəsində könüllü olaraq qatılmış, Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Şuşa istiqamətindəki döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hüseyin Dadaşzadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə" və  "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Soyad: Abdullayev
       Ad: Vaqif
       Ata adı: Rəşid
       Doğum tarixi: 15.10.1996
       Şəhid olub: 06.10.2020
       Rütbə: Əsgər

Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Vaqif Abdullayevdir. Abdullayev Vaqif Rəşid oğlu 1996-cı il oktyabrın 15-də Ağsu rayonunun Hacıqədirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vaqif Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vaqif Abdullayev oktyabrın 6-da Suqovuşanda gedən döyüşlər zamanı yaralı yoldaşlarını çıxararkən şəhid olub. Ağsu rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Vaqif Abdullayev ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

 

 

Soyad: Quliyev
       Ad: Vüqar
       Ata adı: Füzuli
       Doğum tarixi: 11.12.2001
       Şəhid olub: 03.11.2020
       Rütbə: əsgər

Quliyev Vüqar Füzuli oğlu 2001-ci il dekabrın 11-də Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub. İlk öncə Şəhid Polad Mirzəyev adına 5 saylı tam orta məktəbdə oxuyub, daha sonra isə təhsilini 4 saylı Ağsu şəhər tam orta məktəbində davam etdirib. Uşaqlıqdan sənət vurğunu olan Vüqar Bakı şəhərində 1 saylı peşə liseyində qaynaqçı sənətini öyrənib. Hərbi xidmət vaxtı çatdıqda məktəbi yarımçıq qoyaraq Vətənə əsgəri borcunu vermək üçün xidmətə yollanıb. Füzuli rayonunda N saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Xidmət zamanı rəhbərliyin bütün tapşırıqlarını nümunəvi əsgər kimi yerinə yetirib. 27 sentyabrda erməni quldurlarının etdiyi növbəti hücum zamanı Ali Baş Komandanın verdiyi əks hücum fərmanı ilə ruhlanan İgidimiz döyüşə gedib. Ana və atasına isə döyüşdə olmadığını deyib. Bir çox döyüşlərdə iştirak edib. Axırıncı dəfə telefon ilə əlaqə zamanı qardaşına ağ göyərçin almağı tapşırıb və deyib: "Gətirib burada uçurdacağam". Hələ 12-13 yaşlarından şəhid olmağı arzulayırdı. Kimsə də deyəndə deyərdi: "Mən sizi hazırlayıram ki, mən şəhid olsam ağlamayasınız". Xocavənddə gedən döyüş zamanı noyabr ayının 3-də düşmənin xain atışı zamanı igid əsgərimiz şəhadət şərbətini içib. 2020-ci il 8 may Şuşanın işğalı günü xidmətə gedən İgidimiz 2020-ci il 8 noyabr Şuşanın azad olduğu gün Ağsu Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medallarıı ilə təltif edilib.

 

 

 

Soyad: Ağalarlı
       Ad: Toğrul
       Ata adı: Daşqın
       Doğum tarixi: 31.01.1995
       Şəhid olub: 07.11.2020
       Rütbə: Əsgər

Ağalarlı Toğrul Daşqın oğlu 1995-ci il, yanvarın 31-də Ağsu rayonu Ağalarbəyli kəndində anadan olub. Toğrul Vətən Müharibəsində, Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul Ağalarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Toğrul Ağarlı ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Soyad: Pənahov
       Ad: Roman
       Ata adı: Sərkər
       Doğum tarixi: 30.08.1995
       Şəhid olub: 04.11.2020
       Rütbə: Əsgər

Roman Pənahov 31 avqust 1995-ci ildə Ağsu rayonunun Yenilik kəndində dünyaya göz açmışdır. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində əsgər Roman Pənahov da iştirak etmiş, Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirmişdir. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən əsgər Roman Pənahov 4 noyabr 2020-ci ildə Şuşa rayonunun Daşaltı kəndi istiqamətində şəhid olmuşdur. 10 noyabr 2020-ci ildə Ağsu rayonu Yenilik kənd qəbiristanlığında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Roman Pənahov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

 

 

 

Soyad: Qismətoğlu
       Ad: İsmət
       Ata adı: Qismət
       Doğum tarixi: 02.04.1998
       Şəhid olub: 08.11.2020
       Rütbə: Əsgər

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də İsmət Qismətoğludur. İsmət 2 aprel 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır. Orta təhsilini 2004-2015-ci illərdə almışdır. İsmət orta məktəbi bitirdikdən sonra 2016-cı ilin 4 aprelində hərbi xidmətə yollanmışdır. Bu müddətdə Qazax rayonunda ön cəbhədə xidmət etmişdir. 2017-ci ilin oktyabr ayında hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsindən sonra ölkədə qismən səfərbərlik elan olundu. İsmət Qismətoğlu da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmışdır. 29 sentyabr 2020-ci ildən etibarən Vətən Müharibəsində könüllü əsgər kimi iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən İsmət Qismətoğlu 8 noyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət Qismətoğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə əsgər İsmət Qismətoğlu Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

 

 

Soyad: Rəhimov
       Ad: Yalçın
       Ata adı: Elçin
       Doğum tarixi: 25.07.2000
       Şəhid olub: 07.11.2020
       Rütbə: MAHHXHQ əsgər

Ağsunun igid, qəhrəman, vətənpərvər oğullarından olan Şəhidimiz Rəhimov Yalçın Elçin oğlu 2000-ci il 25 iyulda doğulmuşdur. Uşaq vaxtlarını Ağsu rayonunun Çaparlı kəndində keçirən Yalçın elə həmin kəndin İkram Rüstəmov adına tam orta məktəbində təhsil almışdır. Yalçın Rəhimov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Ağsu rayonunun Çaparlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Yalçın Rəhimov "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

  

 

 

 

 

Keçidlər