Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin rayon əhalisinə bayram təbriki

19 mart 2020 | 11:00

Əziz və hörmətli həmvətənlər,


  Qarşıdan xalqımızın ən gözəl milli bayramı olan Novruz gəlir. Novruz barın, bərəkətin və halallığın rəmzidir. Fəsillərin ən gözəli olan yazın gəlişinin dövlət səviyyəsində sonsuz sevinc və coşquyla qeyd edilməsi xalqımızın qurub yaratmaq əzminin artmasına əyani sübutdur.


  Sizi xalqımızın ən əziz bayramı-Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir,  xoş bayram əhval-ruhiyəsi  arzulayıram.


  Azərbaycan xalqı tarix boyu əziz tutduğu bahar bayramının hər gəlişini səbrsizliklə gözləmiş, tariximizin müxtəlif dövrlərində, sınaq dolu ağır günlərində belə Novruz bayramını qəlbində yaşatmış və bu gün də yaşadır.


  Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi sayəsində milli adət və ənənələrmizə qaydışın təcəssümü, mədəniyyətimizin zəngin xəzinəsi olan bu milli bayramımızın Azərbaycan Respublikasının rəsmi bayramlarından biri kimi təqvimimizə həmşəlik düşməsi ölkəmizin dövlət müstəqilliyinin bəhrələrindən biridir.


  Möhtərəm prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü rəhbərliyi ilə ölkəmizdə son illərdə qazanılan yüksək nəticələr buna əsas verir ki, müstəqil Azərbaycan Respublikası çox yaxın gələcəkdə daha çiçəklənən və qüdrətli bir ölkəyə çevriləcəkdir.


    Əziz ağsulular!

Altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu–Ağarx–Rəhimli–Qaradağ avtomobil yolunun tikintisi məqsədilə 17,4 milyon manatın ayrılması haqqında Prezident cənab İlham Əliyevin Sərəncamı bütün ağsuluların sevincinə səbəb olmuşdur. Fürsətdən istifadə edərək rayon ictimayyəti adından ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm!

Bildiyiniz kimi müstəqil respublikamız dinamik inkişaf edir və bu il qarşımızda daha böyük vəzifələr durur. Pambıqçılığın, baramaçılığın inkişafı istiqamətində ciddi iş aparılmalı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması üçün konkret tədbirlər görülməlidir. Əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, sosial problemlərin daha sürətli həll olunması istiqamitində işlərimiz çoxdur. Bunun üçün hər birimizdən şəxsi məsuliyyət, yüksək intizam, gərgin və səmərəli iş tələb olunur.


    Əziz bacılar və qardaşlar!

Bu yaz ətirli, bahar təravətli, xalqımızın saflıq və paklıq mücəssəməsi olan Novruz bayramı münasibətilə rayonmuzun hər bir sakinini, hər bir ailəni bir daha ürəkdən təbrik etməklə, Sizə can sağlığı, xoşbəxtlik və ailə sadəti arzulayıram! Qoy 2020-ci ilin Novruz bayramı hər evə, hər ocağa xeyir-bərəkət, ruzi bəxş etməklə, ölkəmizə əmin-amanlıq və yeni uğurlar gətirsin!

Keçidlər