Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə

18 mart 2020 | 11:00

                                                    Vətəndaşların nəzərinə!

     Ölkədə Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Nazirinin 16 mart 2020-ci il tarixli məktubuna əsasən qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınmış, yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılmışdır.

 Vətəndaşların qəbulu ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətində fasiləsiz fəaliyyət göstərən qaynar xətt telefon nömrəsi, e-mail və məsul əməkdaş müəyyən edilmişdir.
      Müraciətlərinizi göstərilən qaydada təqdim edə bilərsiniz. Müraciətləriniz araşdırılaraq mövcud qaydalara uyğun sizə cavab veriləcəkdir.

  Telefon:   (020)-226-51-86  - qaynar xətt
         e-mail:     mail@agsu-ih.gov.az

  Məsul şəxs: Atakişiyev Vüqar Vaqif oğlu

  Qeyd: Bir daha vətəndaşlara son dərəcə diqqətli olmaları, məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görməklə bu qaydalara riayət etmələri xahiş olunur.

                                                                                                          Ağsu Rayon İcra Hakimiyyəti
 

Keçidlər