Şriftin ölçüsü :

Saytın rəngi :

"20 Yanvar qan yaddaşımızdır" mövzusunda rəsm müsabiqəsi keçirilib

16 yanvar 2020 | 11:00

Ağsu rayonunda ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan "20 Yanvar qan yaddaşımızdır" mövzusunda rəsm müsabiqəsi keçirilib. Rəsm müsabiqəsi rayon təhsil şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı tam orta məktəbində təşkil olunub.
  Rəsm  müsabiqəsinə rayonun 25 ümumtəhsil müəssisəsindən 65 nəfər rəsm həvəskarının 225 ən yaxşı əl işi təqdim olunub.
  İki saat ərzində çəkilən rəsmləri qiymətləndirən müsabiqə komissiyası sonda dörd ən yaxşı əl işini elan edib.
  Sonda qaliblər mükafatlandırılıb.

Keçidlər