Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl Patrul" ümumrespublika marafon layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib

06 noyabr 2019 | 11:00

“Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyi noyabrın 6-da Ağsu rayonunda “Yaşıl Patrul” Ekoloji İctimai Nəzarətin yaradılması və qərargahlarının təşkili” ümumrespublika marafonu layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirib. Tədbirdə təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, ictimaiyyət nümayəndələri, əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.
  Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirici tədbirdə “Alyans” Canlı Aləmin Mühafizəsi İctimai Birliyinin sədri Mənsurə Rəsulzadə, ictimai birliyin maarifləndirmə və mədəniyyət üzrə rəhbəri Svetlana Əlyarova çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il 4-cü Qrant müsabiqəsinin qalibi olan layihənin məqsəd və məramları barədə danışıblar. Çıxışlarda “Yaşıl Patrul” Ekoloji  İctimai Nəzarətin əsas planlarından danışan natiqlər layihənin canlı sərvətimiz olan heyvanlar və yaşıllıqlar kimi biomüxtəlifliyin təbii və antopogen (insan) amillərin təsiri nəticəsində yaranan təhlükələrdən qorunması,  çox hallarda insanların rəhimsizcəsinə davranışı üzündən heyvanların şikəst və ya tələf edilmələrindən müdafiəsi sisteminin daha da inkişaf etdirilməsində qarşılıqlı əməkdaşlığın və hüquqi mühafizəsini təmin edən əsasların müəyyən edilməsi kimi məqsədlər olduğunu diqqətə çatdırıblar.
  Tədbirdə “Bağışlanmaz səhv” qısametrajlı kinofilm, “Heyvanlar bizə nə demək istəyir?” sosial sənədli film  nümayiş etdirilib, ekoloji mövzuda mahnılar ifa olunub.

Keçidlər