Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Çiyni kəndində vətəndaşları qəbul edib

12 sentyabr 2019 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Çiyni kəndində vətəndaşları qəbul edib.

  Görüşdə vətəndaşlar tərəfindən işlə təmin edilmək, bağçada uşaqlar arasında yayılmış öskürək xəstəliyinə qarşı təbdir görülməsi, mal-qaranın müayinə olunması üçün baytar həkim ayrılması, fevralın 5-də baş vermiş zəlzələdən ziyan çəkmiş evlərin bərpasına köməklik göstərilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib. 
   

Keçidlər