Şriftin ölçüsü :

Saytın rəngi :

“Qaçqınlarla bir addım atın” kampaniyası çərçivəsində veloyürüş keçirilib

15 iyul 2019 | 11:00

“Qaçqınlarla bir addım atın” kampaniyası çərçivəsində Ağsu Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə iyulun 15-də veloyürüş keçirilib.
  Veloyürüş iştirakçıları Ağsu şəhər stadionundan Heydər Parkına qədər olan 3500 metr məsafəni qət ediblər. İyirmi velosipedçinin qatıldığı yarışda finiş xəttinə hamıdan birinci Elçin Həsənov çatıb. Nicat Hüseynov və Arzuman Arzumanlı isə ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
  Qaliblər gənclər və idman idarəsinin kubok, diplom və medalları ilə təltif ediliblər.

Keçidlər