Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Abasxanlı kəndində sakinləri qəbul edib

25 aprel 2019 | 11:00

Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Abasxanlı kəndində sakinləri qəbul edib.

  Səyyar qəbulda vətəndaşlar kənddə içməli su ilə təchizatın yaxşılaşdırılması üçün modul tipli sutəmizləyici qurğunun quraşdırılması, Abasxanlı kənd tam orta məktəbi üçün hazırda quraşdırma işləri davam etdirilən modul tipli binanın elektrik sayğacının qoruyucu şitə salınması, kənd təsərrüfatı məqsədilə torpaq sahəsinin ayrılması, həyətyanı sahəyə yığılmış qrunt sularının çıxarılması, taxıl yığımı mövsümündə kombaynlarla təminatın yaxşılaşdırılması və digər yerli əhəmiyyətli sosial problemlərlə əlaqədar təkliflər səsləndiriblər.

  Sakinlərin müraciət və təklifləri araşdırılaraq nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər