Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş dəyirmi masa keçirilib

29 mart 2019 | 11:00

Martın 29-da Ağsu Rayon İcra Hakimiyyətində ziyalıların, gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə səsləndirilib ki, XX əsrin əvvəllərindən etibarən xalqımıza qarşı kütləvi qətliamlar törədən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün hər cür fıtnə-fəsada, cinayətə əl atıblar.
  Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, başçının birinci müavini Rasim Novruzov, ziyalı Tahir Xası və başqaları dəyirmi masada çıxış edərək erməni daşnaklarının zaman-zaman törətdikləri qətliamlardan, həyata keçirdikləri məkrli planlardan danışıblar. Natiqlər Ağsu ərazisinin də daxil olduğu Şamaxı qəzasında 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edən erməni soyqırımına diqqəti cəlb edərək vurğulayıblar ki, həmin dövr ərzində qəzada 106 kənd yandırılıb və dağıdılıb. 
  Dəyirmi masada Xocalı soyqırımından, Azərbaycan torpaqlarının 20 faizinin işğalından da ətraflı danışılıb. Vurğulanıb ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətinin qarşısının alınması, xalqımıza qarşı törədilən soyqırımının dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardıqları ardıcıl və məqsədyönlü mübarizə artıq öz nəticələrini verməkdədir.
 

Keçidlər