Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

13 mart 2019 | 11:00


Martın 12-13-də Ağsu rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ağsu şəhər P.F.Mirzəyev adına 5 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
  Rayon məktəblilərinin hərbi xidmətə hazırlanmasına kömək göstərmək və  zona birinciliyində rayonumuzu təmsil edəcək komandanı müəyyən etmək məqsədi daşıyan yarışda 15 ümumtəhsil tam orta məktəb komandasından  ümumilikdə 176 nəfər məktəbli iştirak edib.  
   Yarışda I yerə P.F.Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin, II yerə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin, III yerə isə şəhər 4 saylı tam orta məktəbin  komandaları layiq görülüblər. Bu komandalar Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin isə Fəxri Fərmanları ilə təltif olunblar.

Keçidlər