Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı”na həsr olunmuş şahmat yarışı keçirilib

24 fevral 2019 | 11:00

21-24 fevralda Ağsu rayon Uşaq-Gənlər İdman-Şahmat Məktəbində “Xocalı soyqırımı” şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat yarışı keçirilib.
  Xocalı faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra yarışa start verilib. Dairəvi sistem üzrə keçirilən yarışda ümumilikdə 60 nəfər şahmatçı iştirak edib.
  Şəhidlərinin xatirəsini əbədiləşdirmək, məktəblilərdə vətənə, xalqa məhəbbət hissini aşılamaq  və şahmatçıların təsnifat dərəcələrini artırmaq məqsədi keçirilən yarışda fərqlənən şahmatçılara diplomlar, qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.

Keçidlər