Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsulu çağırışçılar müddətli həqiqi hərbi xidmətə yola düşüblər

25 yanvar 2019 | 11:00

Yanvarın 25-də Ağsuda gənclərin hərbi xidmətə təntənəli yola salınması münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə “Vətənin müdafiəsinə hazıram” devizi altında tədbir keçirilib.
  Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Çağırışçılar Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat yolu, siyasi və dövlətçilik irsini əhatə edən zəngin guşələrə və sərgilərə baxıblar.
  Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
  Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib, qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayıb.
  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov son illər ölkəmizdə hərb quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasından, çağırışaqədərki hazırlığın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
  Xidmətin Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov hazırda hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inamını ifadə edib.
  Azərbaycan Gənclər Fondunun nümayəndəsi Ramil Məmmədov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən söz açıb, çağırışçıları həqiqi hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edib.
  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı, müharibə veteranları və valideynlər gənclərə Vətənin layiqli əsgəri olmağı, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
  Çağırışçılar Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını deyərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildiriblər.

Keçidlər