Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Muradlı kəndində vətəndaşları qəbul edib

13 dekabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Muradlı kəndində vətəndaşları qəbul edib.
  Görüşdə vətəndaşlar tərəfindən emal müəssisələrinin çirkab suların kəndin əkin sahələrinə yaxın ərazilərə axmasının qarşısının alınması, məişət və təsərrüfat tullantılarının atılması üçün kəndin kənarında bir neçə quyu qazılması və Muradlı kənd tam orta məktəbinin kanalizasiya sisteminin yaxınlıqdan keçən ümumi kanalizasiya xəttinə qoşulması ilə əlaqədar təkliflər irəli sürülüb.
  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər