Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Xanbulaq kəndində səyyar qəbul keçirib

01 noyabr 2018 | 11:00

Noyabrın 1-də rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Xanbulaq kəndində səyyar qəbul keçirib.


  Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla  qarşılanır.


  Vətəndaşlar çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə, eləcə rayonda həyata keçirilən məqsədyönlü tədbirlərə görə dərin minnətdarlıqlarını bildiriblər.

  Görüşdə vətəndaşlar tərəfindən Ağsu-Xanbulaq avtomobil yolunun əsaslı təmiri, içməli su ilə təchizatın yaxşılaşdırılması, kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, həmçinin sakinləri narahat edən digər sosial problemlərin həlli ilə bağlı məsələlələr qaldırılıb.

  Vətəndaş müraciətləri və təklifləri nəzarətə götürülüb və onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

Keçidlər