Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Ərəbuşağı kəndində səyyar qəbul keçirib

27 sentyabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ərəbuşağı kəndində səyyar qəbul keçirib.
  Görüşdə kənd sakinləri sosial-iqtisadi inkişaf və əhalinin rifah halının yaxşılaşdırılması ilə bağlı ölkədə aparılan geniş miqyaslı işləri razılıqla qarşılayıblar. Bu sahədə rayonda və kəndlərdə də az iş görülmədiyi vurğulanıb.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən məşğulluq problemi, kənd təsərrüfatı məhsulları istehsalının artırılması və digər sosial məsələlərin həlli qaldırılıb. Qeyd olunan təkliflər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.


  

Keçidlər