Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub

22 iyun 2018 | 11:00

Ağsu rayonunda   23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü təntənəli surətdə qeyd edilib.
    Rayonda çalışan dövlət qulluqçuları əvvəlcə Heydər parkına gələrək Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
   Rayon icra hakimiyyətinin akt zalında keçirilən təntənəli yığıncaqda çıxış edənlər bildiriblər ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-ci ildə qəbul olunan Konstitusiya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyunun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” Qanundur. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.
   Qeyd olunub ki, Ağsu rayonunda hazırda 200 nəfərə yaxın dövlət qulluqçusu var ki, onların 64 nəfəri rəhbər vəzifələrdə çalışır. Ölkəmizdə, o cümlədən rayonda gənclərin, qadınların dövlət qulluğuna irəli çəkilmələri xüsusi diqqət mərkəzindədir.
   Təntənəli yığıncaqda uzun illər səmərəli fəaliyyətinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanı verilib.

Keçidlər