Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

24 may 2018 | 11:00

Heydər Əliyev Mərkəzində Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr olunmuş  ədəbi-bədii  gecə  keçirilib. Tədbirin keçirilməsində məqsəd dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə məktəbliləri maarifləndirmək və ədəbiyyat fənninə marağın artırılması olub.  Əvvəlcə tədbir iştirakçıları foyedə Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.
    Dramaturqun həyat və yaradıcılığından bəhs edən natiqlər yeni nəslin düşüncəsində, dünyagörüşündə, Cavid obrazının canlanmasında, onun müasirimizə çevrilməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıblar. Ümummilli Liderin təşəbbüsü ilə 1982-ci ildə dramaturqun nəşinin Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilməsinin xalqımız üçün əlamətdar hadisə olduğu bildirilib.
     Tədbirdə şəhər 4 saylı tam orta məktəbinin  şagirdləri tərəfindən Hüseyn Cavidin şerləri səsləndirilib və əsərlərindən səhnəciklər nümayiş etdirilib. Məktəbin ədəbiyyat müəllimi Leyla Mehdiyevanın hazırladığı video-slayd tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

Keçidlər