Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Göydəlləkli kəndində vətəndaşları qəbul edib

24 may 2018 | 11:00

Ağsu rayon icra hakimiyyəti başçısının hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Göydəlləkli kənd ümumi orta məktəbinin binasında vətəndaşlarla səyyar görüş-qəbulu keçirilib.

    Vurğulanıb ki, ölkə  başçısının  tapşırığına  əsasən  bilavasitə  yaşadığı  yerlərdə  vətəndaşlarla  keçirilən görüşlər onların qarşılaşdığı çətinliklərin və problemlərinin operativ qaydada həllinə kömək edir.

   Səyyar qəbulda çıxış edən vətəndaşlar görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirərək  kənddə hələ də mövcud olan bir sıra sosial problemləri, onları narahat edən  yerli  məsələləri  diqqətə çatdırıblar.

   Görüşdə əhalinin içməli su və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, şəhid ailəsinin sosial müdafiəsinin gücləndirilməsi və digər məsələlərin həlli qaldırılmışdır. Bu məsələlər nəzarətə götürülmüş və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər