Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətində Xocalı soyqırımının ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib

26 fevral 2018 | 11:00

Təpədən dırnağadək silahlanan erməni daşnaklarının Xocalıda törətdikləri qətliam insanlığa sığmayan bir vəhşilikdir. İyirmi altı il əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalı büsbütün yandırıldı, 613 nəfər qətlə yetirildi. Uşaqlar, qadınlar, qocalar xüsusi amansızlıqla öldürüldü. Girov götürülən 26 uşağın, 68 qadının taleyi bu günədək məlum deyil...
   Bu barədə fevralın 26-da Ağsu Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının ildönümü ilə əlaqədar keçirilən “dəyirmi masa”da məlumat verilib. İştirakçılar öncə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, Xocalı qətliamından bəhs edən sənədli filmə baxıblar.
   Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva, Nuran-Xatun məscidinin imamı Nurəddin İslamov, Xocalı sakini Əmrah Məmmədov və başqaları törədilən soyqırımıdan, bu qırğının dəhşətli nəticələrindən danışıblar.
   Çıxışçılar ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verildiyini bildirərək, soyqırımı haqqında həqiqətlərin dünya ölkələrinə, beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü vurğulayıblar.

Keçidlər