Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 20 Yanvar faciəsinin ildönümü kütləvi mərasimlərlə qeyd edilib

20 yanvar 2018 | 11:00

İyirmi səkkiz il əvvəl, yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı hərbi hissələrinin Bakıya silahlı basqını, dinc, əliyalın insanların, o cümlədən uşaqların, qadınların, qocaların gülləbaran edilməsi, bu zaman hətta qadağan olunan silah və sursatlardan istifadə olunması Azərbaycan tarixinin qanla yazılan səhifələrindəndir. Xalqın azadlıq ruhuna qarşı yönəldilən bu təcavüz nəticəsində 147 mülki şəxs amansızlıqla öldürülüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 nəfər dinc, günahsız insan yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.
  Artıq hər bir azərbaycanlının şüuruna əbədi həkk olunan bu dəhşətli məlumatlar yanvarın 20-də səhər saatlarında Ağsu şəhərinin Qəhrəmanlar parkına toplaşan minlərlə ağsulunun keçirdiyi anım mərasimində bir daha səsləndirilib.
  İzdihamlı mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra başçısının birinci müavini Rasim Novruzov və başqaları həm də o vaxt informasiya blokadasında olan Azərbaycanda baş verən qanlı faciəyə ilk siyasi qiyməti verən ümummilli lider Heydər Əliyevin böyük şücaətindən danışıblar. Vurğulanıb ki, belə ağır gündə xalqına həyan çıxan, SSRİ rəhbərliyinin min fitnə-fəsadı ilə siyasi səhnədən kənarlaşdırılan Ulu Öndər özünü və ailə üzvlərini təhlükə qarşısında qoyaraq yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirib, faciənin səbəblərini və təşkilatçılarının adlarını açıqlayıb.
  Tədbirdə məktəblilərin ifasında əbədi-bədii kompozisiya nümayiş etdirilib.
  Sonra tədbir iştirakçıları xatirə kompleksinə, daha sonra şəhid məzarlığına qərənfillər düzüb, Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Keçidlər