Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən il Ağsu rayonunda heyvandarlıq məhsulları istehsalı əvvəlki ildəkinə nisbətən artıb

06 yanvar 2018 | 11:00

Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda ötən il uğurlu nəticələr əldə edilib.
  Yola saldığımız 2017-ci ildə heyvandarlıq üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən artıb. Bu artım neçə illərdi ki, davam etməkdədir. Keçən il diri çəkidə ət istehsalı 60 ton artaraq 4492 tona, süd istehsalı 356 ton artaraq 30 min tona çatıb. Habelə yumurta istehsalı 86 min ədəd çoxalaraq 7 milyon 903 min ədəd, yun istehsalı isə 3 ton artaraq 306 ton olub.

Keçidlər