Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub

12 dekabr 2017 | 11:00

Ağsu rayonunda ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad edilib.
   Dekabrın 12-də səhər saatlarında rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri, o cümlədən ziyalılar, ağsaqqallar və gənclər şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada böyük öndərin abidəsini ziyarət edib, önünə əklil və qərənfillər qoyub, Ümummilli Liderə öz ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində toplantı keçirilib. Məktəblilər Ulu Öndərə, Azərbaycana həsr olunan şeirlər söyləyiblər. İştirakçılar dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən filmə baxıblar.
   Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Dünya durduqca yaşayacaq lider” mövzusunda məruzə edən icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva və digər çıxışçılar dünya şöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib.
   Məruzə və çıxışlarda iftixarla söylənilib ki, bu gün Azərbaycan ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.

Keçidlər