Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirilib

08 dekabr 2017 | 11:00

Dekabrın 8-də  Ağsu rayonunda rayon Gənclər və İdman İdarəsi və “Neftçi İK” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
   Ağsu İdman Kompleksində keçirilən yarışlarda Ağsu, Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Şirvan və Sumqayıtdan olan 10 komandadan 120 idmançı iştirak edib. 2003-2006-cı il təvəllüdlü idmançılar 16 çəki dərəcəsində qüvvələrini sınayıblar.
   Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda ümumi xal hesabı ilə Ağsu komandası birinci yeri qazanıb.
Ayrı-ayrı çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Ağsu rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. Mükafatları qaliblərə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, icra hakimiyyəti başçısının müavini İqbal Mikayılov və rayon polis şöbəsinin rəisi, polis polkovniki Eldar Paşayev təqdim ediblər.

Keçidlər