Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya yox deyək“, ”Erkən nikahın acı fəsadları”, ”Dini ekstremizm” mövzularına həsr edilən tədbir keçirilib

07 dekabr 2017 | 11:00

Dekabrın 7-də Ağsu rayonunda “Narkomaniyaya yox deyək“, ”Erkən nikahın acı fəsadları”, ”Dini ekstremizm” mövzularına həsr edilən tədbir keçirilib.
   Gənclərin, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə narkomaniyanın acı nəticələrindən bəhs edən videoçarx nümayiş olunub.
   Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev narkomaniyanın, erkən nikahların, dini ekstremizmin təzahürlərinə qarşı ölkədə, eləcə də bölgədə ciddi mübarizə aparıldığını, bununla əlaqədar maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
   Polis şöbəsinin rəisi, polis polkovniki Eldar Paşayev cəmiyyətimizə zidd olan belə mənfi təzahürlərin qarşısının alınması üçün görülən işlərin, aparılan profilaktik və maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayıb. E.Paşayev, eləcə də çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə nümayəndəsi Nurəddin İslamov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov, polis veteranı Nurulla Nuriyev və başqaları narkomaniyaya, erkən nikaha və dini ekstremizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı pedaqoji kollektivlərin, gənclər təşkilatlarınin və bütün cəmiyyətin əlbir və məqsədyönlü fəaliyyət göstərmələrinin vacib olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işləri artırılmalıdır. Yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmanın müxtəlif növlərinə cəlb olunmaları bu cür pis halların yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Keçidlər