Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Yeni Azərbaycan Partiyasının 25 illiyi qeyd olunub

18 noyabr 2017 | 11:00

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının qərargahında partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən yığıncağın iştirakçıları əvvəlcə   Heydər parkında partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək düzüblər.
   YAP rayon təşkilatının sədri Əli Hüseynov “Yeni Azərbaycan Partiyası – zəfərlərlə dolu 25 il” mövzusunda məruzə edib, çıxışlar dinlənilib. Vurğulanıb ki, ötən əsrin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanda çox çətin və ağır günlər yaşanırdı. Belə bir vaxtda xalqın köməyinə gələn Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyası dövlət quruculuğunda, ölkənin inkişafında bütün təşkilatçılığı, səfərbəredici missiyanı öz üzərinə götürdü və çətin vəzifənin öhdəsindən şərəflə gəldi.
   Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasına sədrlik etdiyi dövrdə ölkəmizin inkişafı, dünya birliyinə sürətli inteqrasiyası sahəsində diqqətəlayiq nəticələr qazanılıb, Azərbaycan regionun ən qüdrətli ölkəsinə çevrilib.
   Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ümumxalq partiyasına çevrilən və 700 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafında, gənclərin dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi istiqamətində, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasında rolundan danışıb.

  Sonda partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Keçidlər