Şriftin ölçüsü :

Saytın rəngi :

“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Ağsu rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib

07 noyabr 2017 | 11:00

“ASAN xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə noyabrın 7-də Ağsu rayonunda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.
   Aksiya  çərçivəsində 400-dən çox vətəndaşın müraciəti qeydə alınıb. Qeydə alınan vətəndaşlar ödənişsiz olaraq terapevt, endokrinoloq, kardioloq, ginekoloq, uroloq, dermatoloq, pediatr, oftalmoloq, LOR, USM, EKQ və qanda şəkərin təyini müayinələrindən yararlanıblar.
   Səyyar  tibbi müayinənin əsas məqsədi əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, ən əsası isə aztəminatlı və ehtiyacı olan vətəndaşlar üçün pulsuz müayinələrin təşkilidir.
Aksiya gün ərzində saat 10:00-dan 18:00-dək Ağsu şəhəri, Heydər Əliyev Mərkəzində keçirilib.

Keçidlər