Şriftin ölçüsü :

Saytın rəngi :

“Xəmsə” Milli İntellektual oyunu üzrə gənclər arasında V Azərbaycan Çempionatının rayon mərhələsi keçirilib

26 oktyabr 2017 | 11:00

Oktyabrın 26-da rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı  ilə   Ağsu şəhər 3 saylı tam orta məktəbində məktəblilər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə V Azərbaycan çempionatının rayon mərhələsi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcədə asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
  Rayon mərhələsində 5 tam orta məktəb komandasından ümumilikdə 25 nəfər şagird iştirak etmişdir. 
  Yekunda şəhər 3  saylı tam orta məktəbinin “Titanik”  komandası qalib adını qazanıb. Müvafiq olaraq ikinci yeri şəhər 4 saylı tam orta məktəbin “Ulduz”, 3-cü yeri isə A.Nadirov adına 1 №-li məktəb-liseyin “Ekvator” komandaları tutub. Sonunda qalib və mükafatçılara müvafiq olaraq kubok və medallar, bütün iştirakçılara isə diplomlar təqdim edilib.
  Yarışın qaliblərinə Ağsu rayon Gənclər və İdman idarəsinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

Keçidlər