Şriftin ölçüsü :

Saytın rəngi :

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir

10 oktyabr 2017 | 11:00

Ağsu rayon Gənclər və İdman İdarəsi və Ağsu rayon Təhsil şöbəsi   10 oktyabrda   Aslan Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseydə ümumtəhsil tam orta məktəb komandaları arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirmişlər. Məqsəd çağırışçı gəncləri Vətənin müdafiəsinə fiziki, mənəvi cəhətdən hazırlamaq və gənclərdə Vətənə məhəbbət hissini aşılamaq olmuşdur.
   Tədbirdə 9 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 45 nəfər məktəbli və hər komandadan 1 nəfər nümayəndə iştirak etmişdir.Yarışda I yerə P.F. Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin, II yerə A.Nadirov adına şəhər 1 №-li məktəb-liseyin, III yerə isə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin komandaları layiq görüldülər.
   Yarış  qaliblərinə Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunmuşdur.

 

Keçidlər