Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni istixana kompleksində son tamamlama işləri görülür

12 oktyabr 2017 | 11:00

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycanda istixanaların salınmasının geniş vüsət aldığını bildirib, hazırda respublikada 400 hektardan çox sahədə yeni, müasir istixana komplekslərinin yaradılmaqda olduğunu vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, bu istixanaların böyük hissəsi ölkənin ixrac potensialını daha da artıracaq.
  Belə  istixanalardan biri də Ağsu rayonunun Pirhəsənli bələdiyyəsi ərazisində “Sahil” firması tərəfindən qurulur. Ərazisi 5 hektar olacaq istixana kompleksində son tamamlama işləri aparılır.
  Yeni sahibkarlıq təsərrüfatı Türkiyədən dəvət olunan mütəxəssis Emin Karırçı tərəfindən yaradılır. Əsas avadanlıqlar Türkiyənin “Metaş” şirkətindən alınıb və paslanmayan materialdandır.
  İstixana təsərrüfatı müasir suvarma sistemi ilə təchiz olunub. Burada ümumilikdə 100 tonluq iki su çəni qurulub. Bu, suvarmanın elektrik enerjisi sərf etmədən aparılmasına imkan verəcək.

Keçidlər