Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda bu il 1734 yeni iş yeri açılıb

14 oktyabr 2017 | 11:00

Əhalinin məşğulluğunun artırılması ilə əlaqədar həyata keçirilən dövlət siyasəti, bu istiqamətdə görülən işlər Ağsu rayonunda da öz uğurlu nəticələrini verir. Bu gün sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, yeni istehsal sahələrinin açılması, mövcud müəssisələrin fəaliyyətinin genişləndirilməsi yeni iş yerlərinin açılmasına şərait yaradır.
  Cari  ilin doqquz ayında Ağsuda 1734 yeni iş yeri açılıb. Bu iş yerlərinin hamısı daimidir.
  Qeyd edək ki, aqrar sektorda aparılan islahatlar rayonda kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən pambıqçılığın, baramaçılığın inkişafına da güclü təkan verib. Bu sahələrdə minlərlə sakin mövsümi işlərdə də çalışır.

Keçidlər