Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda meyvə tədarükü davam edir

28 avqust 2017 | 11:00

  Cari  ildə  u rayonda bol meyvə yetişdirilib və hazırda məhsul yığımı davam edir. Ötən yeddi ay ərzində bölgədə müxtəlif növdən olan 1977 ton meyvə tədarük olunub. Yığılan meyvə 2016-cı ilin müvafiq dövründəkindən 83 ton çoxdur.
  Rayonda daha çox yetişdirilən, yerli şərait üçün əlverişli hesab edilən alça, gavalı, ərik, albalı, əncir, üzüm, yay armudu və bir sıra digər meyvələrin bir qisminin yığımı başa çatıb, bir qismi isə yığılır. Nar, heyva, alma və bəzi meyvələr isə əsasən gələn ayın axırlarından yığılacaq.
    Cari mövsümdə rayonun Pirhəsənli, Qaraqoyunlu, Padar, Ərəbuşağı və bir çox digər inzibati ərazi dairələrində daha çox  meyvə yetişdirilib.

Keçidlər