Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda “Son zəng” bayram tədbiri keçirilmişdir.

14 iyun 2017 | 11:00

İyunun 14-də saat 1000- da Ağsu rayonunun qabaqcıl tədris müəssisələrindən olan A.Nadirov adına şəhər 1 nömrəli məktəb-liseydə “Son zəng” bayram tədbiri keçirilmişdir. Bayramsayağı bəzədilən məktəb-liseydə təşkil olan tədbirdə rayon icra hakimiyyətinin başçısı, rayon ziyalıları, valideyinlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə tədris ilinin başa çatması münasibətilə son zəng çalınıb və Azərbaycan Respublikasının Dövlət himni səslənmişdir.
Bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək müəllimləri, XI sinif şagirdlərini və valideynləri son zəng, habelə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edib, məzunlara həyatda uğurlar arzulayıb.
Çıxışlarda cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI sinfini 605 nəfər,  IX sinfini isə 959 nəfər şagidin bitirdiyini və rayonun 35 tam orta məktəbdə isə son zəng bayram tədbirlərinin keçirildiyi qeyd olundu.
Tədbirdə şagirdlər şeir, mahnı və rəqslər ifa edib, maraqlı sullarla müəllim və şagirdlərə gözəl anlar bəşx ediblər. Sonda son zəng çalınıb, kövrək hisslər keçirən XI sinif şagirdləri müəllimlərindən və doğma məktəbdən ayrılıblar.

Keçidlər