Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Bico kəndində ötən ilin aprel döyüşləri zamanı şəhid olmuş Toğrul Fərəczadənin anım mərasimi keçirilib.

09 aprel 2017 | 11:00

Mərasimdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, sakinlər iştirak edərək şəhidin qəbri üstünə tər qərənfillər düzüblər.
  Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Millət vəkili Tahir Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi Nizami Heybətov, Ağsu rayon Ağsaqqallar Şurasının sədri Seyfəddin Abdullayev aprel döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin qəhrəmanlıqlarından danışıblar.
   Şəhidin oxuduğu Bico kənd tam orta məktəbin direktoru Yaşar Qarayev Toğrulun məktəb illərində nümunəvi şagird olduğunu bildirib, Vətənə məhəbbətindən və keçdiyi qəhrəmanlıq yolundan danışıb.
    Şəhidin valideynləri övladlarının ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmasının qürurverici olduğunu, dövlət tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bütün şəhidlərinin qisasının alınacağına, torpaqlarımızın azad olunacağına əminliklərini ifadə ediblər.
    Sonda Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin ruhuna dualar oxunub.

Keçidlər