Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanın xatirəsinə həsr olunan turnirin qalibləri mükafatlandırılıb

27 yanvar 2017 | 11:00

Ağsuda Milli Qəhrəman Şamil Ramazanovun anadan olmasının 41-ci ildönümünə həsr olunan taekvando idman növü üzrə xatirə turniri keçirilib.      Turnir rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Rəhimli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşıb.
  Rəhimli kəndindən olan Milli Qəhrəmanın şərəfinə təşkil edilən xatirə turnirinə 6 çəki dərəcəsində, ümumilikdə, 41 yeniyetmə qatılıb.
  Yarışlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Turnirin qaliblərinə diplom, medal və fəxri fərmanlar verilib.

Keçidlər