Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon mərkəzi kitabxanasında “Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib

31 oktyabr 2016 | 11:00

Ağsu rayon mərkəzi kitabxanasında “Açıq kitabxana” layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.
  Gecədə   çıxış edənlər klassik və müasir Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd Vurğun, M.Şəhriyar, Bəxtiyar Vahabzadə və başqaları, habelə dünya poeziya aləminin tanınan nümayəndələri, onların həyat və yaradıcılığı barədə danışıblar.
  Şeir kitabları çap olunan Mətləb Məmmədoğlu, Günel Şıxaliyeva, şeir həvəskarları Əlsahab Kərimov, Səftər Əliyev, Ağbəniz Şərifova, Əfsanə Hüseynli, Rəvan Əliyeva və başqaları öz şeirlərini və klassik Azərbaycan şairlərinin əsərlərindən nümunələr söyləyib, öz yaradıcılıq planlarından söhbət açıblar.
  Sonra aşıq Əmrah Məmmədov çıxış edib.
  Gecənin sonunda gənc yazarlar kitablarını tədbir iştirakçılarına hədiyyə ediblər.

Keçidlər