İcra hakimiyyətinin başçısı
Bağırov Rövşən Elmidar oğlu
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı
R.E.Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2021-ci il tarixli Sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı vardır.
1. 28.11.1983 - Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator
2. 03.05.1985 - Sovet Ordusu sıralarında, bölmə komandiri
3. 23.09.1987 - Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrası, laborant
4. 01.04.1989 - Neft-Kimya İnstitutu, mühasib
5. 14.08.1990 - Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahı, təlimatçı
6. 07.06.1991 - "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsi, baş mühasib
7. 12.06.1992 - Səbail Rayon Əhalinin Məşğulluq Mərkəzi, baş mühasib
8. 18.03.2003 - "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyəti, baş mühasib
9. 31.03.2006 - "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti, sədr
10. 02.04.2007 - Lerik Rayon İcra Hakimiyyəti, Başçı