Yeni il şənliyi ərəfəsində yanğın təhlükəsızliyi
Yeni il şənliklərində və insanların kütləvi toplaşdıqları digər yerlərdə tədbirlər keçirilən zaman:
- ən azı iki ehtiyat çıxış qapısı qoyulan, tikinti norma və qaydalarına tam cavab verən, 2 mərtəbədən yuxarı olmayan və yanmayan arakəsmələri olan binalarda tədbir keçirilməsinə icazə verilir;
- bəzəkli şam ağacı qurularkən yerə möhkəm bərkidilməli və elə qurulmalıdır ki, ağacın budaqları divara, tavana dəyməsin;
- otaqlarda işiqlandırma sistemi olmadıqda tədbir yalnız gündüzlər keçirilməlidir;
- şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır;
- əgər elektrik təsərrüfatında nasazlıq yaranarsa (naqillərin qızması, lampaların yanıb-sönməsi, qığılcım çıxması və s.), cərəyan dərhal ümumi dövriyyədən ayrılmalıdır.
Qadağandır:
- otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;
- atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən və digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;
- şam ağacının bəzədilməsi zamanı selloiddən hazırlanmış oyuncaqlardan, o cümlədən odadavamlı məhlul hopdurulmayan cuna pambıqdan istifadə olunması;
- uşaqlara tezalışan materiallardan tikilən kostyumların geyindirilməsi;
- tədbir zamanı qaynaq, rəngləmə və digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;
- oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul və kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;
- tamaşa vaxtı zalın işığının tam söndürülməsi;
- nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;
- yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin və yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.
Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi