Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis olunmasının 30 illiyi münasibətilə konfrans keçirilib
Noyabr ayının 16-da Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının təsis olunmasının 30 illiyi münasibətilə konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi və Qəhramanlıq kompleksi ziyarət edilib.
Mədəniyyət evində keçirilən konfransda torpaqlarımızın azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransı giriş sözü ilə açan rayon təşkilatının sədri Füzuli Abdullayev tədbir iştirakçılarını salamlayaraq, YAP Ağsu rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, təşkilatın hər bir üzvü Ulu Öndər Heydər Əliyev siyasətinin və ideyalarının təbliğatçısıdır. Onlar partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə çalışırlar. Prezident cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır.
Tədbirdə Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək, Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi inkişaf yolundan, cəmiyyətdə artan rolundan, ölkəmizin hər bir uğuruna töhfəsindən geniş bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyası ölkədə ən güclü, monolit siyasi təşkilatdır. Dünənin, bu günün və gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyası bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib. Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq, xalqın və dövlətin mənafeyi naminə fəaliyyətini davam etdirəcək.
Digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı var. Dövlətə, xalqa xidmət etmək partiyanın fəaliyyətinin ana xəttini təşkil edir. Partiyanın irəli sürdüyü hər bir təşəbbüs və qəbul etdiyi qərarlar Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edir. Azərbaycan xalqının taleyində müstəsna yerə malik olan Yeni Azərbaycan Partiyasının dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olmasını, bu gün partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etməsini və müstəqil Azərbaycanın həyatında önəmli yerə və rola malik olmasını diqqətə çatdırıblar.
Çıxışlardan sonra YAP Ağsu rayon təşkilatının inkişafında və rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir qrup partiya fəalı Fəxri Fərmanla mükafatlandırılıb, partiyaya yeni üzv qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.