Şriftin ölçüsü :

Saytın rəngi :

Xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib

25 avqust 2022 | 17:11

     25 avqust 2022-ci il tarixdə Ağsu Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Mədəniyyət Mərkəzi və “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Mirvarid Dilbazinin 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

     Tədbir Mirvarid Dilbazinin 85 illik yubileyindən Ulu Öndər Heydər Əliyevin və xalq şairi Mirvarid Dilbazinin çıxışlarından hazırlanmış videorolikin nümayişi ilə başlayıb.

     Tədbiri giriş sözü ilə “Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açaraq əvvəlcə vətən uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Ağsu rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Kənan Tacızadə çıxış edərək xalq şairi Mirvarid Dilbazinin həyat və yaradıcılığından danışıb. Digər çıxış edənlər Mirvarid Dilbazinin yaradıcılığından nümunələr səsləndiriblər.

     Daha sonar tədbir Ağsu rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.

Keçidlər