Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi şəhidi Rauf Məlikovun qızının ad günü qeyd edilib

18 mart 2023 | 13:28

     18 mart 2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Rauf Məlikovun qızının ad günü şəhid ailəsinin yaşadığı evdə qeyd edilib.
     Ağsu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli şəhid Rauf Məlikovun göstərdiyi qəhrəmanlıq yolundan, onun igidliyindən və Ali Baş Komandan cənab İlham  Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən söhbət açmışdır. Şəhidin qızı Zəhra Məlikovanı doğum günü münasibəti ilə təbrik edib ona gələcək həyatında uğur və müvəffəqiyyətlər arzulamışdır. Eləcə də, şəhid ailəsini qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Şəhidin atası Mahir Məlikov şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürünü bildirib.
     Şəhid Rauf Məlikovun qızının ad günü, eləcə də qarşıdan gələn Novruz Bayramı münasibətilə ailəyə hədiyyələr və bayram sovqatı verilib.
     Həmçinin, bu gün Ağsu rayonundan olan digər Vətən müharibəsi şəhidi ailələrinə də Novruz Bayramı münasibətilə bayram sovqatı çatdırılıb.

Keçidlər