Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Rauf Məlikovun ad günü qeyd olunub

14 dekabr 2022 | 15:28

     Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən igidlərimizdən biri Məlikov Rauf Mahir oğlunun ad günü qeyd olunub.

     Ağsu rayon İcra Hakimiyyətinin,  Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin nümayəndələri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri rayonun Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

     Tədbidə çıxış edən Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Füzuli Kərimli Raufun keçdiyi şərəfli döyüş və ömür yolundan bəhs edib. Bildirib ki, 1988-ci ildə Ağsu şəhərində anadan olan Rauf Məlikov 2020-ci il sentyabrın 28-də Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olub. F.Kərimli 2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qısa vaxtda Qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Azərbaycan xalqının öz Liderinin - Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməklə bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyi, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdiyini, ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildiyi diqqətə çatdırılıb.

     Daha sonra tədbir iştirakçıları şəhidin ailəsini ziyarət edib, onların qayğı və prolemləri ilə maraqlanıblar.

     Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər