Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi ziyarət edilib və Ağsu rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

10 may 2026 | 13:08

     10 may 2026-cı il tarixdə Ağsu rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi ziyarət edilib və Ağsu rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

     Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak edib.

     Tədbir iştirakçıları əvvəlcə Ağsu şəhərindəki Heydər Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Ağsu rayon Heydər Əliyev Mərkəzinə təşkil olunan ekskursiya zamanı Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirilib və sənədli film nümayiş etdirilib.

     Ekskursiya zamanı Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı nümayiş etdirilən fotostendlər və sənədli filmlər tədbir iştirakçılarında dərin maraq doğurub.

Keçidlər