Şəhid Zülfüqarov İlkin Nurəddin oğlunun ad günü qeyd edilib
Bu gün vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edən və bu yolda canından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Zülfüqarov İlkin Nurəddin oğlunun ad günü qeyd edildi. Əvvəlcə, Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər Şəhidlər xiyabanını ziyarət edərək şəhidin məzarı önünə gül dəstələri qoymuşlar və şəhidin ruhuna dualar oxunmuşdur. Daha sonra Ağsu RİH-in dəstəyi ilə Ağsu şəhərində mərasim təşkil edilmişdir.
İlk öncə tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəhid İlkin Zülfüqarovun həyat yolundan, göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuzun, qəhrəman oğullarımızın böyük şücaət göstərərək torpaqlarımızı düşməndən azad etdiyini qeyd etmişdir. Daha sonra mərasimdə iştirak edən şəhid ailələri öz çıxışlarında göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Şəhid Zülfüqarov İlkin Nurəddin oğlu 8 avqust 1989-cı ildə Ağsu rayonunun Gursulu kəndində anadan olmuşdur. 2020-ci il 27 sentyabr tarixində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində gizir kimi Vətən müharibəsində döyüşlərə qatılmışdır. Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. 20.10.2020-ci ildə Ağsu Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, həmin tarixli digər Sərəncamı ilə “Vətən uğrunda” medalı, 24.12.2020-ci il Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamına görə isə “Füzulinin azad olunmasına görə medalı ilə təltif edilmişdir.