RİH-də vətəndaşların növbəti qəbulu keçirilib
Ağsu RİH başçısı aparatında növbəti vətəndaş qəbulları keçirilib. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bir qrup rayon sakinlərini fərdi qayda da qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, həmin vətəndaşların müraciət və təkliflərini dinləyib.
Müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.