Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional Azərbaycan Kuboku” layihəsinin Ağsu rayonu üzrə seçim turu keçirilib

18 fevral 2023 | 11:27

     17.02.2023-cü il tarixdə Ağsu rayon Mədəniyyət evində Azərbaycan Gənclər Fondunun dəstəyi və İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin təşkilatçılığı ilə rayon məktəbliləri və gəncləri arasında “Regional Azərbaycan Kuboku” layihəsinin “Nə? Harda? Nə zaman?” İntellektual oyununun Ağsu rayonu üzrə seçim turu keçirilib.

     Tədbiri giriş sözü ilə açan İsmayıllı İntellektual Oyunlar Klubunun sədri Azad Manaflı yarış iştirakçılarını salamlayıb, layihənin keçirilməsində əsas məqsəd Heydər Əliyev siyasətinin gənc nəsilə aşılamaq, qəhrəmanlarımızın keçdiyi şərəfli yolu intellekt yolu ilə gənclərimizə çatdırmaq, vətənpərvərlik hisslərinin geniş təbliği, ölkənin tarixini, coğrafiyasını, milli-mənəvi dəyərlərini öyrətməkdən ibarət olduğunu qeyd edib və göstərilən dəstəyə görə Ağsu Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.

     Ağsu Rayon İcra Hakimiyyətinin məsul işçisi Kənan Tacızadə çıxış edərək ordumuzun Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük tarixi Zəfər Müharibəsində qazandığı qələbədən danışıb və onlara daima vətənpərvər ruhda yetişməyi, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə almağı, tariximizə yaxşı bələd olmağı, dilimizi yaxşı bilməyi və daima Vətənə sadiq olmağın vacibliyini qeyd edib.

      Yarışda rayonun ümumilikdə 15 komandası iştirak edib və yekun nəticələrə əsasən Ağsu şəhər 3 saylı tam orta məktəbinin komandası rayon seçim turunun qalibi olub və diplomla təltif edilib. Pirhəsənli kənd tam orta məktəbinin komandası isə ikinci yerə layiq görülüb.  

     “Regional Azərbaycan Kuboku” layihəsinin “Nə? Harda? Nə zaman?” İntellektual oyununun Final mərhələsi Mingəçevir şəhərində keçiriləcəkdir.

Keçidlər