Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində vətəndaşlar qəbul edilib

25 noyabr 2022 | 12:04

     Ağsu RİH başçısı aparatında növbəti vətəndaş qəbulları keçirilib. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və bir qrup rayon sakinləri fərdi qayda da qəbul edilərək onları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənlib. Vətəndaşların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Rayon sakinləri müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər